EN

Qordan Yandrokoviç: Xorvatiya Azərbaycanın mühüm iqtisadi uğurlarını yüksək qiymətləndirir və alqışlayır

Bakı, 8 oktyabr, AZƏRTAC

Səfərin məhz bu il – ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf etməsi xüsusilə diqqətəlayiqdir. Son üç onillik ərzində əldə olunan nailiyyətlər hər iki ölkə üçün qürurvericidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirilən brifinqdə söyləyib.

Q. Yandrokoviç qeyd edib ki, Xorvatiya və Azərbaycan intensiv siyasi dialoq və yüksəksəviyyəli iqtisadi əlaqələrə malik strateji tərəfdaşlar və dostlardır. Xorvatiya Azərbaycanın mühüm iqtisadi uğurlarını, həmçinin təkcə Cənubi Qafqazda deyil, regiondan kənarda da oynadığı əhəmiyyətli rolu yüksək qiymətləndirir və alqışlayır.

Chosen
25
3
azertag.az

4Sources