EN

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Gundem.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Chosen
17
49
gundem.az

10Sources