EN

Qəzzaya gedən üç gəmiyə hücum olub

Qəzzaya

İsrail Hərbi Dəniz Qüvvələri bu gün səhər tezdən anklavdan təxminən 120 dəniz mili (222 kilometr) aralıda beynəlxalq sularda Qəzzaya gedən Azadlıq Donanması koalisiyasının üç gəmisinə hücum edib.

Reyting.az
xəbər verir ki, Qəzza blokadasını yarmaq üzrə Beynəlxalq Komitə sosial media platformasında məlumat yayıb.

Bildirilir ki, üç gəmi - Sunbird, Alaa Al-Najjar və Anas Al Sharif - səhər saat 4:34-də Qəzza sahilindən aralıda İsrail qüvvələrinin hücumuna məruz qalıb və gəmiyə qanunsuz müdaxilə edilib.

Xatırladaq ki, bundan əvvəl İsrailin "Kanal 13" telekanalı İsrail ordusunun donanmaya hücum etməyə hazırlaşdığını bildirmişdi.

Donanmanın gəmiləri 110,000 dollar dəyərindən çox dərman, tənəffüs aparatları və Qəzzanın aclıqdan əziyyət çəkən xəstəxanaları üçün nəzərdə tutulmuş yeməklər daşıyırdı.

V. QULİYEV
Chosen
73
1
reyting.az

2Sources