EN

Azərbaycan və Gürcüstan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı.Trend:

Azərbaycan və Gürcüstan Müdafiə Nazirlikləri arasında 2025-ci ilüçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Tbilisi şəhərindəhər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərininişçi görüşü keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adınaparkda Ümummilli Liderin abidəsini ziyarət edib, abidə önünə güldəstələri düzərək Ulu Öndərin xatirəsini hörmət və ehtiramlaanıb.

Sonra Şindisi Memorialı ziyarət olunub, Gürcüstanın qəhrəmanhərbçilərinin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin KibertəhlükəsizlikXidmətinin rəisi polkovnik-leytenant Elşən Həsənov GürcüstanMüdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosunun rəhbəri LukaMgeladze ilə görüşüb.

Gürcüstan Müdafiə Nazirliyində keçirilən görüşdəkibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişafetdirilməsi, yeni perspektivlər və birgə layihələrin həyatakeçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cürgörüşlərin vacibliyi xüsusi vurğulanıb.

Görüşdən sonra David Aqmaşenebeli adına Gürcüstan Milli MüdafiəAkademiyasını ziyarət edən Azərbaycan nümayəndə heyəti buradainformatika ixtisası üzrə təhsil alan kursantların tədris prosesiniizləyib.

Məqalədə:
Chosen
31
12
az.trend.az

10Sources