EN

Fransa yeni kabineti dəstəkləməkdən imtina etdi

Sağçı Milli Mitinq partiyasının parlament fraksiyası Fransanın gələcək hökumətinə etimadsızlıq səsi verəcək.

Busaat.az xəbər verir ki, bu barədə fraksiya lideri Marin Le Pen LCI telekanalında məlumat verib.

“Mən istənilən etimadsızlıq təklifini dəstəkləyəcəm”,-deyə o qeyd edib.

Siyasətçinin fikrincə, pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan 2023-cü il pensiya islahatının dayandırılması ilə bağlı təkliflər sadəcə olaraq hakim blokun vaxt udmaq cəhdidir.

Milli Mitinq lideri həmçinin Fransa prezidenti Emmanuel Makronu ölkədəki siyasi böhranın uzandığı bir vaxtda parlamenti buraxmaq və hətta istefa vermək barədə çox ciddi düşünməyə çağırıb.

Bundan əvvəl Fransa Milli Assambleyasının Bürosu Makronun impiçmenti təklifini qəbuledilməz hesab edib. Makronun partiyasının bütün üzvləri təşəbbüsün əleyhinə, Sol, Yaşıllar və Sosialistlər isə lehinə səs verib.

Yeganə

Chosen
69
busaat.az

1Sources