EN

Azərbaycanda manatla ən çox kredit verilmiş - 10 RAYON

Azərbaycanda banklar tərəfindən milli valyutada verilən kreditlərin həcmi və onların regionlar üzrə bölgüsü məlum olub.

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, respublika üzrə milli valyutada olan kredit portfelinin ümumi həcmi 24 milyard 715 milyon manat təşkil edib. Bu kreditlərin böyük əksəriyyəti, təxminən 72%-i paytaxt Bakının payına düşür.

Bakı şəhərində yerləşdirilən manat kreditlərinin həcmi 17 milyard 952,7 milyon manat olub.

Paytaxtdan sonra ikinci yerdə sənaye şəhəri olan Sumqayıt qərarlaşıb ki, burada manat kreditlərinin həcmi 775,9 milyon manat təşkil edib. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə isə bu göstərici 683,6 milyon manat olub.

İlk beşliyi Naxçıvan şəhəri (405,6 milyon manat) və Abşeron rayonu (353,2 milyon manat) tamamlayır.

Reytinqdə növbəti yerləri Lənkəran rayonu (287,7 milyon manat), Bərdə rayonu (242 milyon manat), Xaçmaz rayonu (207,6 milyon manat) və Mingəçevir şəhəri (203,3 milyon manat) tutur. İlk onluğu isə 189,1 milyon manatla Şəki rayonu qapayır.

Chosen
12
fed.az

1Sources