EN

Azərbaycan və Almaniya arasında maliyyə əməkdaşlığının genişləndirilməsi imkanları dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan və Almaniya arasında maliyyə sahəsində əməkdaşlığıngenişləndirilməsi müzakirə edilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, oktyabrın 8-də Azərbaycan Respublikasının maliyyənazirinin birinci müavini Anar Kərimov Alman-Azərbaycan XariciTicarət Palatasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olanAlmaniyanın maliyyə sektorunu təmsil edən şirkətlərin və biznesdairələrinin nümayəndələri ilə görüşüb.

Görüşdə iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığıngenişləndirilməsi, Alman maliyyə institutlarının ölkəmizdə həyatakeçirilən layihələrin dəstəklənməsində iştirakı, dövlət borcununidarə olunması sahəsində təcrübə mübadiləsi, dövlət–özəltərəfdaşlıq mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Anar Kərimov qonaqlara ölkəmizdə dayanıqlı iqtisadi artımın,makroiqtisadi sabitliyin və fiskal intizamın qorunmasıistiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeydolunub ki, Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikasınısaxlayır, qeyri-neft sektoru davamlı şəkildə genişlənir, dövlətborcunun idarə olunmasında əldə olunan nailiyyətlər və yüksəkvalyuta ehtiyatları ölkənin maliyyə dayanıqlığını təmin edir. Busiyasətin nəticəsi olaraq, kənd təsərrüfatı, informasiyatexnologiyaları, emal sənayesi, logistika və “yaşıl enerji” kimiqeyri-neft sektorlarında əhəmiyyətli irəliləyişlər əldə edilib.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, bu müsbətnəticələr nəzərə alınaraq, 2026–2030-cu illəri əhatə edən DövlətBorcunun İdarə Edilməsi Strategiyası hazırlanır. Strategiyaprioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanmaimkanları yaradaraq ölkənin uzunmüddətli inkişaf gündəliyinidəstəkləməyi hədəfləyir.

Öz növbəsində, qonaqlar Azərbaycanda yaradılmış əlverişli biznesvə investisiya mühitinin Almaniya biznes dairələri üçün genişimkanlar açdığını, ölkənin iqtisadi stabilliyi və stratejilayihələrin uğurla həyata keçirilməsinin onlara uzunmüddətli vəperspektivli tərəfdaşlıq imkanları yaratdığını vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikirmübadiləsi aparılıb.

Chosen
21
3
az.trend.az

4Sources