EN

Azərbaycan III MDB Oyunlarını medal sıralamasında 2-ci pillədə başa vurub

Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarının medal sıralamasında ikinci olub.

"Report" xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında yığma üzvləri Azərbaycanın aktivinə daha 6 medal yazdırıblar.

Komanda yarışda ümumilikdə 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal qazanıb.

III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var.

İlk "üçlüy"ü isə 122 medalla Belarus qapayıb. Komanda 32 qızıl, 38 gümüş, 52 bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının medal sayına görə indiyə qədər keçirilən MDB Oyunları tarixinin ən yaxşı göstəricisi olub. MDB Oyunları 2021-ci ildən keçirilir.

Chosen
4
13
qaziler.az

10Sources