Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr klubunu tərk etməyi düşünmür.
QOL.az “talkSport”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu komandasına sadiqdir, lakin müqaviləni yeniləmək üçün maaşında azalma ola bilər.
Hazırda Maquayr ildə 11 milyon avro qazanır.
O, bu mövsüm bütün yarışlarda 7 matçda iştirak edərək, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədər qüvvədədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.