EN

Tural Məmmədov: Gələcəkdə ölkələrin rəqəmsal infrastrukturlarının təməlini ağıllı şəhərlər təşil edəcək

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturlarının təməlini məhz ağıllı şəhərlər təşkil edəcək.

"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.

O bildirib ki, enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər hər şey rəqəmsallaşır. “Ağıllı şəhər” konsepti həyatımıza çoxsaylı üstünlüklər gətirir: nəqliyyat infrastrukturu, enerji təchizatı, rabitə sistemləri, su təminatı, ictimai xidmətlər - hamısı daha səmərəli, çevik və rahat idarə olunur. Lakin bu sistemlərin hər biri kibermühitdə potensial hədəfdir.

"“Ağıllı şəhərlərdə kibermüharibə”: - virtual müdafiə və hücum ssenarilərinin simulyasiya olunması, kritik informasiya infrastrukturlarının pozulması risklərinin praktiki təhlili, onların qarşısının alınması bacarıqlarının sınaqdan keçirilməsi və böhran vəziyyətində sistemlərin idarə olunmasıdır", - deyə Tural Məmmədov deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
2
apa.az

3Sources