EN

Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturunun əsasını suni intellekt və ağıllı şəhərlər təşkil edəcək - İlqar Musayev

Bakı. Trend:

“CIDC-2025” dövlət qurumlarını, kritik infrastrukturları,maliyyə və telekommunikasiya sektorunu, özəl şirkətlər vəbeynəlxalq tərəfdaşları bir araya gətirən strateji platformadır. Buplatforma Azərbaycanın kibertəhlükəsizlik sahəsində qabaqcılmövqeyini daha da möhkəmləndirməklə yanaşı, yeni imkanlar və yenitendensiyalar da formalaşdırır.

Trend xəbərverir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev “CIDC2025 – Critical Infrastructure Defence Challenge”kibertəhlükəsizlik festivalının açılış mərasimində çıxışı zamanıdeyib.

Xidmət rəisi bildirib ki, son illər dünyada və bölgəmizdə başverən geosiyasi və texnoloji proseslər informasiya təhlükəsizliyinivə kritik infrastrukturların müdafiəsini dövlətlərin millitəhlükəsizlik gündəliyinin ən ön sırasına gətirib.

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi vəkibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” buistiqamətdə əsas yol xəritəmiz olmaqla dövlətimizin informasiyaməkanında davamlılığın, dayanıqlığın və etibarlılığın təminolunmasına xidmət edir.

Məhz bu baxımdan CIDC-2025 çərçivəsində təşkil edilən tədbirlərxüsusi əhəmiyyət kəsb edir. Burada kritik informasiya sistemlərininkibermüdafiə qabiliyyətinin artırılması, böhran vəziyyətlərindəidarəetmə ssenarilərinin simulyasiya olunması və yeni texnolojiyanaşmaların tətbiqi reallaşdırılır.

İlqar Musayev vurğulayıb ki, buiki tədbir iştirakçılara vəziyarətçilərə daha geniş və əhatəli imkanlar təqdim edir:

“İki gün ərzində informasiya təhlükəsizliyi sahəsində həm yerli,həm də xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panelmüzakirəsi keçiriləcəkdir. Bundan əlavə, 60-dan çox şirkətinqatıldığı kibertəhlükəsizlik həlləri sərgisi, virtual CTFyarışları, 360 mütəxəssisə ödənişsiz xüsusi ekspert təlimlərinintəşkili və “Ağıllı şəhərlərdə kibermüharibə” adlı virtual yarışproqramın əsas hissələrini təşkil edir. Bu yarışın adı - “Ağıllışəhərlərdə kibermüharibə” təsadüfi seçilməyib.

Artıq yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturununəsasını suni intellekt və maşın öyrənmə ilə idarə olunan ağıllışəhərlər təşkil edəcəkdir. Yarışda Bakı şəhərinin hava, quru və susahələrini əhatə edən kritik infrastrukturları virtual olaraqsimulyasiya edilmişdir. Yarış iştirakçıları bu infrastrukturlarıninformasiya təhlükəsizliklərini analiz edərək onların zəiflikləriniaşkarlamalıdırlar.

Hazırda enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyatşəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər bir çox sahəsürətlə rəqəmsallaşır. Amma bu sistemlərin hər biri kibermühitdəpotensial hədəfə çevrilə bilər. Kibertəhlükəsizlik məsələləri bugün sadəcə texniki məsələ deyil — milli təhlükəsizlik məsələsinəçevrilməkdədir. Bu baxımdan keçiriləcək “Ağıllı şəhərlərdəkibermüharibə” yarışı xüsusi əhəmiyyət daşıyır.

20 yerli və 5 xarici ölkədən iştirak edən komandalar bu yarışdaöz bilik və bacarıqlarını real ssenarilər üzərində sınaqdankeçirəcəklər. Bu yarış yalnız bir rəqabət platforması deyil — həmdə öyrənmək, təcrübə toplamaq və əməkdaşlığı gücləndirmək üçünmühüm fürsətdir.

O qeyd edib ki, “CIDC-2025” informasiya təhlükəsizliyimütəxəssislərinin, dövlət və özəl sektorun, akademik dairələrin vəgənc nəsilin bir araya gəldiyi unikal bir platformadır.

“Əminəm ki, bu tədbir ölkəmizin kibertəhlükəsizlik ekosisteminininkişafına, kritik infrastrukturun etibarlı müdafiəsinə vəAzərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinəmühüm töhfə verəcək”, - deyə İ.Musayev fikrini yekunlaşdırıb.

Chosen
9
az.trend.az

1Sources