EN

Unibank beynəlxalq konfransın dəstəkçisi olub (FOTO)

Bakı. Trend:

Bakıda “Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı2025” keçirilib. Unibank KB ASC-nin də dəstəkçilər siyahısındaolduğu tədbirin məqsədi, enerji və yaşıl texnologiyalar, suresurslarının idarə olunması, qida sənayesi, kənd təsərrüfatı vərəqəmsallaşma kimi əsas sahələrdə iki ölkə arasında stratejiəməkdaşlığın gücləndirilməsidir. Konfrans çərçivəsində müxtəlifpanel müzakirələri, ekspert təqdimatları və dövlət-özəl sektordialoqları təşkil olunub.

Tədbirin dəstəkçilərindən olan Unibank, konfrans çərçivəsindədaha bir mühüm təşəbbüsə imza atıb – bankın təşkilatçılığı ilə həriki ölkənin sahibkarları arasında ikitərəfli işgüzar görüşlərtəşkil edilib.

Bu görüşlər yerli sahibkarların yalnız bizneslərini böyütməkdeyil, həm də xarici bazarlara çıxışını genişləndirmək və yenitərəfdaşlıqlar qurmaq baxımından mühüm addımdır. Unibank bu kimitəşəbbüslərlə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığındərinləşməsinə, eləcə də yerli biznesin beynəlxalq inteqrasiyasınadəstək vermiş olur.

Unibank bundan sonra da sahibkarlığın inkişafını, ixracimkanlarının artmasını və dayanıqlı maliyyə tərəfdaşlıqlarınınqurulmasını təşviq edən layihələrdə fəal iştirakını davametdirəcək.

Unibank-Sənin Bankın!

Unibank
Unibank
Unibank
Məqalədə:
Chosen
66
8
az.trend.az

10Sources