EN

Milli Məclis kritik informasiya infrastrukturunun qorunmasına dair anlayış və məsuliyyətləri müəyyənləşdirib - Aparat rəhbəri

Bakı. Trend:

Dövlət başçısının xüsusi vurğuladığı strateji xətt çərçivəsindəetibarlı kibertəhlükəsizlik sistemi formalaşdırılır və milliməlumat infrastrukturunun mühafizəsi istiqamətində addımlaratılır.

Trend xəbərverir ki, bunu Milli Məclisin aparat rəhbəri Fərid Hacıyev “CIDC2025 – Critical Infrastructure Defence Challenge”kibertəhlükəsizlik festivalının açılış mərasimində çıxışı zamanıdeyib.

Aparat rəhbərinin sözlərinə görə, tədbirin artıq ikinci dəfəkeçirilməsi onu göstərir ki, Azərbaycan innovasiyalar sahəsindəsürətlə inkişaf edir və rəqəmsal təhlükəsizlik məsələlərinə ciddiönəm verir. Tədbir çərçivəsində iştirakçılar arasında təcrübəmübadiləsi aparılır, yeni texnoloji həllər təqdim olunur vərəqəmsal məkanın qorunması məsələləri müzakirə edilir.

F.Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsindəAzərbaycan öz ərazi bütövlüyü və dövlət suverenliyini bərpaetdikdən sonra ölkəyə qarşı yeni tipli kibertəhdidlər artıb:

“Bunun qarşısını almaq məqsədilə Milli Məclis müvafiqqanunvericilik təşəbbüsləri ilə çıxış edib, informasiyatəhlükəsizliyi ilə bağlı qanunlara dəyişikliklər edilərək kritikinformasiya infrastrukturunun qorunmasına dair anlayışlar vəməsuliyyətlər müəyyən olunub.

Eyni zamanda, informasiya texnologiyaları sahəsində fəaliyyətgöstərən şəxslər üçün vergi güzəştləri tətbiq edilib, ölkədəinnovasiyalara əsaslanan rəqəmsal iqtisadiyyatın inkişafı üçün dahaəlverişli mühit yaradılıb”.

O qeyd edib ki, informasiya təhlükəsizliyi, innovasiyapotensialı və beynəlxalq əməkdaşlıq çərçivəsində atılan addımlarAzərbaycanın rəqəmsal müstəqilliyini möhkəmləndirəcək və ölkəningələcək inkişafına töhfə verəcək.

Məqalədə:
Chosen
74
1
az.trend.az

2Sources