EN

Ankarada MN rəhbərlərinin görüşü başladı

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyənin Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb.

Bunun ardınca Y.Gülər Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə də görüşəcək.

Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
2
axar.az

9Sources