EN

Qəzənfər Əhmədov: Qarabağda təxminən 800 nəfərə məxsus sümük qalıqları aşkarlanıb

BAKI, 9 oktyabr. TELEQRAF

"Qarabağın işğaldan azad edilmiş ərazilərindən bu günə qədər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təxminən 800 nəfərə məxsus sümük qalıqları qəbul edilib".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onlardan 187 nəfər şəhidimizin qalıqları Dövlət Komissiyasının tövsiyəsi ilə ailələrinə təhvil verilib.

Chosen
76
teleqraf.com

1Sources