Aktual.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov Bakıda keçirilən "Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
O bildirib ki, burda həm şəxsiyyət, həm biometrik məlumatlar toplanır. Bu da özündə kütləvi şəkildə kibertəhlükəsizlik təhdidi yaradır:
"Fərdi məlumatların istifadəsi haqqında qanunun yeni layihəsi hazırlanıb. Ümid edirik ki, yeni qanun layihəsi müasir çağırışlara cavab verə biləcək".