EN

Sarayda 4 maşın toqquşdu: yaralıların son durumu…

Ajans.az bildirir ki, bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, oktyabrın 9-da saat 15:20 radələrində Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi) hospitalizasiya olunub. Döş qəfəsinin hematoması diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun bioloji ölüm faktı qeydə alınıb.

Müxtəlif bədən xəsarətləri alan digər şəxslərə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir.

Chosen
22
Ajans.az

1Sources