EN

Brüsseldə qərbi azərbaycanlıların qayıdışı məsələləri müzakirə olunub - FOTOLAR

Rusiyası tərəfindən məqsədli şəkildə məskunlaşdırılıb. Ermənilər Qafqazda dövlətçiliyə yalnız 1918-ci ildə nail olublar.  İrəvan xanlığının (1747-ci ildə yaradılmış) 1827-ci ildə Rusiya tərəfindən işğalı ilə bu bölgənin və onun əsas etnik tərkib hissəsi olan Azərbaycan türklərinin tarixində yeni, faciələrlə dolu, deportasiya mərhələsi başlanıb.  Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb, 1905–1920, 1948–1953, 1988–1992-ci illərdə həyata keçirilib. Sonuncu 1988–1992-ci illərdə 350 mindən çox qərbi azərbaycanlı zorla deportasiya olunub, onlara qarşı kütləvi qətillər törədilib.  Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış konsepsiyası qəbul edilib. Konsepsiya beynəlxalq hüquq prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair Konvensiyaya əsaslanır.
 
Konsepsiyanın məqsədi isə geri qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması və hüquqi təminat altına alınması, qayıdan əhalinin təhlükəsizliyi, sosial müdafiəsi və re-inteqrasiyasıdır.
 
Z.İbrahimli vurğulayıb ki, qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması, regional sülh və ədalətin bərpasına töhfə vermək deməkdir. O, diqqətə çatdırıb ki, Azərbaycan dövlət başçısı, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, qərbi azərbaycanlıların qayıdışı sülh yolu və  beynəlxalq hüquq əsasında təmin edilməlidir. 
 
Konfransda qaçqınlıq və məcburi miqrasiyada qadınların qarşılaşdıqları ciddi problemlər və bu problemlərdən çıxış yolu ilə bağlı çıxış edən, "Avropa Ukraynalıların səsinə hazır olun” qaçqınlar komitəsinin təsisçisi və idarə heyətinin üzvü Alina Kokhanko  Ukrayna müharibəsinin nəticələri və məcburi qaçqınların qarşılaşdıqları problemləri səsləndirib və Azərbaycanlı qaçqınların hüquqlarının bərpasının ciddi məsələ olduğunu vurğulayıb. 
 
Azərbaycan Avropa münasibətlərinin  qarşılıqlı inkişafı barədə danışan, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili qeyd edib ki, bölgəyə sülhün gəlməsi üçün ciddi fəaliyyət həyata keçirilir: "Ermənistan və Azərbaycan arasında sülhün paraflanması, sərhəddin demarkasiyası və delimitasiyası istiqamətində uğurların, ilkin işartılarının əldə olması sülhə gedən yolun yaxın olduğuna işarə edir”.  Ə.Əlili bildirib ki, Azərbayan qətiyyətlə sülh gündəliyini irəli aparır və bu istiqamətdə beynəlxalq aktorlarla fəal əməkdaşlıq edir.  
Ukraynalı ekspert Anna Ponomarenko Ukrayna qaçqınlarının ağır qaçqınlıq hekayələri barədə, qaçqınlığın millətindən asılı olmayaraq, bütün insanların həyatında dərin iz buraxdığını vurğulayıb.
Tədbirdə Azərbaycanı təmsil edən ekspertlər qaçqın düşmüş qərbi azərbaycanlıların sayı, onların ölkənin hansı bölgəsində yerləşmələri, Ermənistanda hansı ərazilərdə yaşadıqları, qayıdışın hüquqi tərəfləri, Qayıdış Konsepsiyasının reallaşması, Ermənistanla sülh sazişi bağlanması perespektivi və s kimi sualları cavablandıraraq, xəritə üzərindən izah ediblər.
Chosen
16
6
sitat.info

7Sources