09.10.2025-ci il tarixində saat 18:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
***
19:49
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Rəhimli kənd sakini, 1989-cu il təvəllüdlü E. Şirinovanın idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı rayonun Rəhimli kənd sakini, 1989-cu il təvəllüdlü E. Şirinova, sərnişinlər 1980-ci il təvəllüdlü S. Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y. Məmmədova və 1988-ci il təvəllüdlü A. Haqverdiyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.