ain.az, Axar.az portalına istinadən məlumat verir.
Belçika polisi Antverpendə baş nazir Bart de Veverə və bir neçə digər siyasətçiyə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə HLM portalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"Şübhəlilərin partlayıcı qurğu ilə təchiz edilmiş PUA-dan istifadə etməklə terror aktı törətməyi planlaşdırdığı bildirilir. Üç şübhəli saxlanılıb, onlardan biri sonradan sərbəst buraxılıb", - deyə bildirilib.
Sərbəst buraxılan şəxsin saxlanması üçün kifayət qədər dəlil olmadığı qeyd edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.