EN

Alimlərdən XƏBƏRDARLIQ: Sankt-Peterburq və Rostov su altında QALA BİLƏR

Sankt-Peterburq və Rostov 2100-cü ilə qədər su altında qala bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası (RAN) məlumat yayıb.

RAN-ın proqnozuna görə, iqlim istiləşməsi nəticəsində okean səviyyəsi 2100-cü ilə qədər 1,3 metr yüksələ bilər.

Bu artım Sankt-Peterburqun bir hissəsinin və Rostov-na-Donun cənub bölgələrinin su altında qalmasına səbəb ola bilər.

Alimlərin hesablamalarına əsasən, 2300-cü ilə qədər okean səviyyəsinin 5,6 metrədək qalxması istisna edilmir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
17
interpress.az

1Sources