EN

İsrailin Azərbaycana təxliyə etdiyi üç türkiyəli deputat ölkələrinə qayıdıb

İsrail tərəfindən ələ keçirilən "Azadlıq donanması"na aid qayıqlarda olan türkiyəli üç deputat artıq ölkələrinə qayıdıblar.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli məlumat paylaşıb.

"Digər 18 vətəndaşımızın sabah günorta saatlarında Türk Hava Yolları tərəfindən təşkil olunacaq xüsusi reyslə ölkəyə gətirilməsi planlaşdırılır", - sözçü bildirib.

O qeyd edib ki, həmin reyslə üçüncü ölkə vətəndaşı olan təxminən 80 fəalın da təxliyə edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü olan həmin şəxslər öncə Azərbaycana təxliyə ediliblər.

Chosen
33
12
moderator.az

10Sources