EN

Ukrayna və Rusiya arasında tezliklə danışıqlar olacaq -Tramp

Ukraynada sülh razılaşması üçün NATO ilə birlikdə təzyiqləri artırırıq.

XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, tezliklə Rusiya və Ukrayna münaqişənin nizamlanması ilə bağlı danışıqlarda iştirak edəcək:

“Bu, İkinci Dünya Müharibəsindən bəri baş verən hər hansı münaqişədən daha dəhşətlidir. Siz öldürülən insanlara baxırsınız. Bu, Rusiya və Ukraynadır. Düşünürəm ki, biz orada saziş bağlayacağıq, bunu edəcəyik. Onların bunu etmələri üçün bir çox səbəblər var. Və düşünürəm ki, onlar tezliklə danışıqlar masası arxasına keçəcəklər”.

Zəhra

Xəbər 1 dəfə oxunub.
Chosen
8
1
xezernews.az

2Sources