EN

İsrail hökuməti Qəzzadakı bütün girovların azad olunması planını təsdiqlədi

BAKI, 10 oktyabr. TELEQRAF

İsrail hökuməti Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi planını təsdiqləyib və bu, anklavda münaqişənin sülh yolu ilə həllinin ilk mərhələsi olacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun kabinet iclasından sonra yaydığı qısa bəyanatda deyilir.

"Hökumət həm sağ, həm də həlak olmuş bütün girovların azad edilməsi ilə bağlı razılaşmanı təsdiqləyib", - qeyd olunur.

Bu qərar ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan sülh planının icrasının başlanğıcı kimi qiymətləndirilir.

Chosen
45
16
teleqraf.com

10Sources