EN

Mindən çox azərbaycanlının seçimi narahatlıq yaratdı 6 ölkəyə işarə

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda əcnəbilərlə evlənənlərin sayının artması diqqət çəkib. Belə ki, bu ilin ilk 9 ayında 858-i  kişi, 712-si isə qadın olmaqla, 1 570 belə nikah bağlanıb. Məlumata görə, aralarında daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları yer alıb.

Bu artımın səbəbi nədir? Sözügedən proses ciddi problemə çevrilə bilərmi?

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, azərbaycanlılar bir sıra amillərə görə əcnəbilərlə nikaha girirlər:

“Hər şeydən əvvəl dünyada gediş-gəliş sürətlənib, virtual münasibətlər daha yayğın və əlçatandır. Amma məsələni təkcə bu amillərlə izah etmək yetərsizdir. Sosioloji prizmadan baxanda, burada təkcə sevgi deyil, həm də iqtisadi və mədəni motivləri də görmək olar. Britaniyalı sosioloq Entoni Qiddensin “təmiz (saf) münasibət” konseptinə görə, müasir münasibətlər ortaq dəyərlər, məqsədlər kimi ali maraqlarla yox, daha çox fərdi xoşbəxtlik və tətmin üzərində qurulur. Azərbaycan kontekstində baxanda isə bu “fərdi seçimlər”, bəzən daha yaxşı sosial təminat, sərbəst həyat tərzi və yeni imkanlar mənasına gəlir. Vətəndaşlarımız bu baxımdan əcnəbilərlə ailə həyatı qurmağa maraq göstərirlər”.

Yusif Nəbiyev

Sosioloq qeyd edib ki, bunu “problem” adlandırmaq mühafizəkar yanaşma sayılır:

“Problem nikahın kimlə qurulmasında yox, onun hansı sosial nəticələr doğurmasındadır. İnternasional və interkultural nikahlar mədəniyyətlərarası dialoqu gücləndirə, insanların fərqli mədəniyyətlərə qarşı tolerantlığını artıra da bilər. Digər tərəfdən, müxtəlif dini və ya sosial normalar bir ailə altında qarışanda konfliktlərin artma ehtimalı yüksəlir. Burada əsas məsələ mədəni inteqrasiyanın baş verib-verməməsidir. Keyfiyyətli inteqrasiya gedirsə, problem yoxdur. Yəni burada mütləq mənada “milli faciə” yoxdur. Əcnəbilərlə qurulan evlilikləri “genofondun zədələnməsi” kimi görmək sağlam yanaşma deyil. Faktiki olaraq, millətlərin əksəriyyəti belə qarışıq nikahların nəticəsində formalaşıb və bu proses hələ də davam edir. Bu gün əsas problemimiz sağlam ailə mühiti qura bilməməkdir. Belə problem fonunda diqqətimizi “əcnəbi bəy-gəlin” mövzusuna yönəltməyimiz faydasızdır”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
2
globalinfo.az

3Sources