EN

İlin əvvəlindən 150 mindən çox insan Ukrayna Silahlı Qüvvələrini tərk edib



Bu ilin əvvəlindən 150 mindən çox insan Ukrayna Silahlı Qüvvələrini tərk edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna İstintaq Bürosu məlumat verib.

Bildirilib ki, onlardan yalnız 31500-ə yaxını könüllü olaraq silahlı qüvvələrə qayıdıb.

Məlumata görə, bölməni özbaşına tərk etmə (Cinayət Məcəlləsinin müəyyən hallarda cinayət cəzasından yayınmağa və xidmətə qayıtmağa imkan verən daha az ağır maddəsi) hallarının sayı 137 481-ə, fərarilik halları isə 18 879-a çatıb.

Fərarilərin və özbaşına məzuniyyətə gedənlərin sayı isə orta hesabla 17.000-18.000 nəfər təşkil edir.

Mehman Mehdiyev
Chosen
31
1
newscenter.az

2Sources