Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən “Mpay” MMC-yə icrası məcburi göstəriş verib.BAKU.NEWS bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, “MPay”də həyata keçirilən planlı yoxlamalar zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, şirkətə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 3.1-ci və 5.1-ci maddələrində nəzərdə tutulan fəaliyyətlərdən kənar xidmətlərin göstərilməsinin dayandırılması üçün icrası məcburi göstəriş verilib.