DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün səfərdə Fransa yığması ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
“Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək:
10 oktyabr
DÇ-2026, seçmə mərhələ
22:45. Fransa - Azərbaycan
“Park de Prens” stadionu.
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen
Dördüncü hakim: Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad