DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 8 oyun keçiriləcək.
Qarşılaşmalar 4 qrupda baş tutacaq. Günə Qazaxıstan - Lixtenşteyn oyunu ilə start veriləcək. J qrupunda liderlik uğrunda matçda Belçika Şimali Makedoniya ilə üz-üzə gələcək.
A qrupunda yer alan Almaniya Lüksemburqu sınağa çəkəcək.
Qeyd edək ki, D qrupuna mübarizə aparan Azərbaycan millisi də bu gün növbəti matçına çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda səfərdə Fransa ilə qarşılaşacaq. Qrupumuzda həmçinin İslandiya - Ukrayna oyunu baş tutacaq.
ABŞ, Kanada və Meksikada təşkil olunan mundialın final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.
DÇ-2026
Seçmə mərhələ
10 oktyabr
J qrupu
18:00. Qazaxıstan – Lixtenşteyn
22:45. Belçika – Şimali Makedoniya
Xal durumu: Şimali Makedoniya - 11, Belçika - 10, Uels - 10, Qazaxıstan - 3, Lixtenşteyn - 0.
A qrupu
22:45. Almaniya – Lüksemburq
22:45. Şimali İrlandiya – Slovakiyaya
Xal durumu: Slovakiya - 6, Şimali İrlandiya - 3, Almaniya - 3, Lüksemburq - 0.
B qrupu
22:45. İsveç – İsveçrə
22:45. Kosovo – Sloveniya
Xal durumu: İsveçrə - 6, Kosovo - 3, İsveç - 1, Sloveniya - 1.
D qrupu
22:45. Fransa – Azərbaycan
22:45. İslandiya – Ukrayna
Xal durumu: Fransa - 6, İslandiya - 3, Ukrayna - 1, Azərbaycan - 1.