Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik” - “Qarabağ” oyunu üçün vauçerlər bu gün saat 15.00-dan etibarən satışa çıxarılacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu qərar azarkeşlərin çoxsaylı müraciətləri nəzərə alınaraq verilib.
Həmçinin vurğulanıb ki, vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında paylaşılacaq.
Xatırladaq ki, “Atletik” – “Qarabağ" oyunu oktyabrın 22-də, saat 20.45-də “San Mames” stadionunda keçiriləcək.
Klub daha əvvəl biletlərin oktyabrın 15-dən satışa çıxarılacağını bildirmişdi.