EN

“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib (FOTO)

Bakı. Trend:

“AzInTelecom” MMC Qazaxıstanın paytaxtı Astanada keçirilən“Digital Bridge 2025” forumunda iştirak edib.

3 gün davam edən forum ərazisində “AzInTelecom”a məxsusinteraktiv stend qurulub, stenddə forum iştirakçılarına şirkətinrəqəmsal məhsul və xidmətləri barəsində ətraflı məlumatverilib.

“AzInTelecom”un Kommersiya departamentinin direktoru FərruxFərəcullayev panel diskussiyalarda çıxış edərək, süni intellektinbizneslərə təsirindən danışıb, şirkətin təqdim etdiyi xidmətlərinölkənin rəqəmsal transformasiyasına verdiyi töhfələrdən söz açıb. Ovurğulayıb ki, “bulud” və biometrik texnologiyada süni intellektmodellərinin tətbiqi hər iki sahənin innovasiyasına, bizneslərin vədövlət xidmətlərinin çevikliyinin artırılmasına şəraityaradacaq.

Tədbir zamanı AzInTelecom-un nümayəndə heyəti bir sırabeynəlxalq şirkətlərin nümayəndələri ilə görüşərək əməkdaşlıqperspektivlərini müzakirə ediblər. Həmçinin Microsoft, VK Tech,Türkiyə Xidmət İxracatçıları Birliyinin rəhbər şəxsləri iləgörüşlər keçirilərək rəqəmsallaşma sahəsində fikir mübadiləsiaparılıb. Ümumilikdə forum Beynəlxalq Süni İntellekt Mərkəzininaçılışı, startap yarışmaları, panel müzakirələr, texnosərgilər,mükafatlandırma mərasimi və tematik müzakirələrlə yadda qalıb.

Qeyd edək ki, “AzInTelecom”un bu forumdakı iştirakı Azərbaycanıntexnologiya sektorunun regional miqyasda tanıdılması və yenitərəfdaşlıqların qurulmasına xidmət edir.

“AzInTelecom” haqqında

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsaldünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahatadaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləriarasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsalimza və identifikasiya xidmətləri, biznesin idarə edilməsindəeffektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlikhəlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom”müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasirtexnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalaraliderlik edir.

“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
Chosen
30
8
az.trend.az

9Sources