EN

Azərbaycana brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, Dubay-Bakı aviareysilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120.49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 10 Oktyabr 2025, 10:51   
Chosen
28
34
pravda.az

10Sources