EN

Bakıda həbsdə olan "Sputnik Azərbaycan"ın baş direktor sərbəst buraxıldı

“Sputnik Azərbaycan”ın icraçı direktoru, Bakıda həbs olunan İqor Kartavıx azad edilib. 

News24.az xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikova Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, eyni zamanda, Rusiya tərəfi də öz ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

Uşakovun sözlərinə görə, danışıqlar əsasən prezidentlərin köməkçiləri səviyyəsində aparılıb. Xəbərdə qeyd olunur ki, bu qərar Vladimir Putin və İlham Əliyevin Düşənbədəki görüşündən əvvəl qəbul edilib.


Andrey Kolesnikovun məlumatına görə, köməkçilərin prezidentlərlə birbaşa əlaqə saxlamaq imkanı olub və məhz bu koordinasiya sayəsində, Yuri Uşakovun sözlərinə görə, azadetmə mümkün olub.


Chosen
12
2
news24.az

1Sources