EN

“Sputnik Azərbaycan”ın rəhbəri azadlığa buraxılıb

“Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.

Məlumata görə, jurnalistin azadlığa buraxılması ilə bağlı danışıqlar prezidentlərin köməkçiləri səviyyəsində aparılıb. Qərar Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin “Rusiya – Mərkəzi Asiya” sammiti ərəfəsində Düşənbədə keçirəcəkləri görüşdən əvvəl qəbul edilib.

Qeyd olunur ki, Rusiya tərəfi də öz növbəsində Rusiyada saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

Xatırladaq ki, iyunun 30-da “Sputnik Azərbaycan”ın bir neçə əməkdaşı Bakıda saxlanılmışdı. İyulun 1-də redaksiyanın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov dörd aylıq həbs qətimkan tədbiri ilə barəsində qərar çıxarılmışdı.

Həmin gün, iyulun 1-də, Bakıda İrandan narkotiklərin tranziti, onlayn satış və kibercinayətkarlıqda ittiham olunan daha səkkiz Rusiya vətəndaşı da saxlanılmışdı.

Nuriyyə NATİQQIZI

Chosen
42
1
redaktor.az

2Sources