Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə, Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq.