EN

Baş prokurorun müavini: Kadr islahatları prokurorluq orqanları üçün müstəsna əhəmiyyətə malikdir

Bakı, 10 okyabr, AZƏRTAC

Prokurorluq orqanlarında son illər müasir tələblərə uyğun islahatlar davam etməkdədir və bu, prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə edir.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorun müavini, 2-ci dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş sayca 27-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, kadr islahatları prokurorluq orqanları üçün müstəsna əhəmiyyətə malikdir: “Kadr islahatları sistemli şəkildə və strateji ardıcıllıqla həyata keçirilir. Qulluğa qəbulla bağlı müsabiqə bu işdə bizim üçün vacib alət və mühüm mexanizmdir. Bunun təməl prinsipində müasir və yüksək nəzəri biliyə malik, istedadlı Azərbaycan gənclərinin qulluğa qəbulu dayanır. Yalnız yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, geniş dünyagörüşünə, dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənclər prokurorluq orqanlarında qulluğa qəbul olunurlar", - deyə o vurğulayıb.

Chosen
32
1
azertag.az

2Sources