EN

Deputat: “Türk birliyi artıq ideya deyil, siyasi və iqtisadi reallıqdır”

"Mühüm beynəlxalq münasibətlərin yeni mərhələsinə qədəm qoyuruq".

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında deputat Vasif Qafarov beynəlxalq münasibətlərdə baş verən dəyişikliklərdən danışıb.

“Mühüm beynəlxalq münasibətlərin yeni mərhələsinə qədəm qoyuruq. Dünya dəyişir, təkqütblü sistem öz yerini yeni güc mərkəzinə verir. Regional aktorların rolu artır. Bu dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatı özünəməxsus yeri, gücü və nüfuzu ilə seçilir. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü bu baxımdan tarixi hadisədir. Bu zirvə bir daha göstərdi ki, türk birliyi artıq ideya deyil, siyasi və iqtisadi reallıqdır,” – deyə Vasif Qafarov bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zirvənin strateji ruhunu tam şəkildə əks etdirib və bu birlik ideyasının qlobal mahiyyətini ortaya qoyub:

“Azərbaycan bu birliyin ideoloji və strateji lokomotividir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan türk dünyasının həmrəyliyini ideyadan reallığa çevirən əsas qüvvə kimi çıxış edir. Prezidentin ‘bizim ailəmiz türk dünyasıdır’ fikri Azərbaycan diplomatiyasının fəlsəfəsini ifadə edir. İnanırıq ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi bu qurumun inkişafına yeni impuls verəcək.”

Chosen
22
2
operativmm.az

3Sources