EN

İntim danışıqları sızdırıldı: Braziliyalı model "Real"ın ulduzunu biabır etdi

Braziliyalı model Anna Silva münasibətdə olduğu "Real"ın ulduzu Vinisius Junior haqqında qalmaqallı faktlar açıqlayıb.

Publika.az xəbər verir ki, o, braziliyalı futbolçunun ancaq seks haqqında düşündüyünü bildirib. Madrid klubunun forvardı heç bir maraqlı mövzu ətrafında söhbət edə, əylənə bilmir və bütün söhbətlər intimə çevrilir.

Vinisius qızdan ona intim video göndərməsini istəyib, lakin o, braziliyalının bunu əldə etmək üçün heç nə etmədiyini deyərək imtina edib.

Vinni isə belə bir mesajla cavab verib: "Bağışla, balam, biz hər şeyi səhv başladıq. Etiraf edirəm ki, bu, səhv idi... Hər şey bir az pis başladı, amma ümid edirəm ki, hər şey yaxşı olacaq. Hörmət həmişə birinci yerdə olmalıdır!"

Chosen
72
12
publika.az

10Sources