EN

İsrail razılaşdı: HƏMAS 72 saat ərzində girovları azad edəcək

İsrail hökuməti Qəzza zolağında saxlanılan girovların qaytarılması planını təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sənəd İsrail qoşunlarının qismən çıxarılmasını və atəşkəs rejimini nəzərdə tutur.

“The Times of Israel”in yazdığına görə, oktyabrın 10-na keçən gecə hökumətin iclası keçirilib. Bir çox nazirlər ABŞ prezidenti Donald Tramp administrasiyasının təqdim etdiyi sazişi dəstəkləyib.

Plana əsasən, İsrail müdafiə qüvvələri Qəzza zolağının təqribən yarısına nəzarəti saxlayaraq, yeni mövqelərə çəkiləcək. HƏMAS 72 saat ərzində 7 oktyabr 2023-cü ildə əsir götürülmüş, sağ olan bütün israilli girovları azad etməli və ölənlərin cəsədlərini təhvil verməlidir.

Girovların azad edilməsindən sonra İsrail fələstinli əsirləri həbsdən azad edəcək. Razılaşmanın təsdiqindən sonra atəşkəs qüvvəyə minəcək.

Nəşr qeyd edir ki, saziş əvvəllər İsrail və HƏMAS tərəfindən təsdiqlənmiş Donald Trampın sülh planının birinci mərhələsinin bir hissəsidir.

İsrail təhlükəsizlik qüvvələrinin məlumatına görə, 48 İsrail vətəndaşı girov olaraq qalır. Onlardan təxminən 20-si sağdır, əksəriyyəti kişilərdir. Qadınlar, uşaqlar və qocalar əvvəlki razılaşmalara əsasən daha əvvəl azad ediliblər.

Musavat.com

 

Chosen
31
50
musavat.com

10Sources