Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli keçirilən beynəlxalq konfransda iştirak edib.
QHT.az xəbər verir ki, konfrans Dövlət Komissiyasının təşkilatçılığı və Bakı Dialoq çərçivəsində təşkil olunub. Tədbirdə əsas mövzu “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” olub. Konfrans çərçivəsində itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı problemlərin həlli yolları, beynəlxalq təcrübə və əməkdaşlıq imkanları müzakirə edilib.
Ramil İskəndərli tədbir barədə bildirib ki, belə konfranslar məsələyə diqqətin artırılması və həll yollarının tapılması baxımından böyük əhəmiyyət kəsb edir.
Pərvanə Fərhadqızı