EN

BDU-nu Hüquq Universitetinə çevirdilər… – Sabiq deputatdan GİLEY

Artıq 20-25 ildir ki, Azərbaycanın ən qədim Universiteti olan Bakı Dövlət Universiteti Hüquq Universitetinə çevrilib. Bu ali məktəbimizdə “fizika” və “kimya” ixtisasları “can verir”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universiteti ilə bağlı təhsil ezrə ekspert, sabiq deputat Etibar Əliyev bildirib.

O qeyd edib ki, vaxtilə BDU-nun Fizika, Kimya, Mexanika və riyaziyyat fakültələrinə yüksək balla daxil olanlar çox olardı, indi isə bu göstərici və bal həddən artıq aşağıdır:
“2025/2026-cı tədris ilində Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 16-sı Bakı Dövlət Universitetinin tələbəsidir. Onların hamısı “Hüquq” fakültəsində təhsil alırlar. Vaxtilə abituriyentlər bu universitetetin Mexanika və riyaziyyat, Tətbiqi riyaziyyat, İnformasiya texnologiyaları, Fizika, Kimya, Biologiya fakültələrinə ən yüksək balla daxil olurdular. XXI Əsr riyaziyyat, fizika, molekulyar biologiya, kimya əsridir. Artıq 20-25 ildir ki, Azərbaycanın ən qədim Universiteti Hüquq Universitetinə çevrilib.
Doğma universitetimizə 19 il rəhbərlik edən birisi kimyaçı olub. Son 6 ildə rəhbərlik edən isə fizikdir. Ali məktəbimizdə “fizika” və “kimya” ixtisasları “can verir”.
Tələbələrin ixtisas seçiminə hörmətlə yanaşıram və bütün Prezident təqaüdçülərini təbrik edirəm”.
Chosen
2
2
yenilik.az

3Sources