EN

101 tələbə əlavə müsabiqədə BMU da ödənişsiz təhsil almaq hüququ əldə edib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi əlavə müsabiqənin nəticələrinə əsasən, bakalavriat səviyyəsi üzrə 101 tələbə Bakı Mühəndislik Universitetində (BMU) ödənişsiz təhsil almaq hüququ əldə edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunan və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan şəxslərin ümumi sayı 584 nəfər olub və onlar 31 ali təhsil müəssisəsi üzrə paylanılıb. Məlumat üçün bildirək ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən imtahanlarda müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. DİM tərəfindən müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunan tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Müsabiqənin nəticələrinə uyğun olaraq ödənişsiz təhsil almaq hüququ əldə edən tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə təqdim olunub, həmçinin tələbələrin “Şəxsi kabinet” lərində göstərilən mobil telefon nömrələrinə bu haqda məlumat göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
49
azertag.az

10Sources