EN

Bu ilin 9 ayında dövlət elektron poçtunda 3 milyon zərərli mesaj bloklanıb

Cari ilin 9 ayı ərzində 3 milyona yaxın zərərli elektron poçt bloklanıb.

Bu barədə Finss.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, cari ilin 9 ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 12,267,260 elektron poçt emal edilib, onlardan 9,336,877-si istifadəçilərə çatdırılıb.

Qeyd edilib ki, onlardan 2,930,383-i zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.

Chosen
8
10
fins.az

10Sources