EN

Son günlər internet resurslarına qarşı DDoS hücumları həyata keçirilib - XƏBƏRDARLIQ

Bakı. Trend:

Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qruplarınkiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatlarıkibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiqtədbirləri gücləndirməyə çağırır.

Bu barədə Trend-ə ETX-dən məlumat verilib.

Bildirilib ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlıhaktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoShücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrininfəaliyyətində qısamüddətli fasilə yaranıb.

Bu hücumların məqsədi veb resursların əlçatanlığınıməhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır.

Chosen
23
8
az.trend.az

10Sources