EN

Nazir: Türkmənistanla enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur

BAKI, 10 oktyabr. TELEQRAF

Azərbaycan xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin daha da inkişafına maraq göstərir:

Teleqraf xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda söyləyib.

O bildirib ki, “Ölkələrimiz arasındakı tərəfdaşlıq iqtisadiyyat, nəqliyyat, enerji, humanitar sahələr, mədəniyyət, təhsil və parlamentlərarası dialoq sahələrində uğurla inkişaf etməyə davam edir”.

"Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. SOCAR Türkmənistanda perspektivli neft və qaz yataqlarının inkişafı layihələrində iştirak etməyə maraqlıdır. Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlıq Orta Dəhlizin effektivliyinin artırılmasında mühüm rol oynayır. Bu marşrut üzrə tranzit daşımaların həcmi ilbəil davamlı şəkildə artmaqdadır".

Chosen
47
4
teleqraf.com

5Sources