ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rumıniya gömrükçüləri ölkənin cənub-şərqindəki Konstansa limanında dəyəri 1 milyard avroya yaxın olan saxta əskinaslar aşkar ediblər.Demokrat.az xəbər verir ki, bu barədə Rumıniyanın hüquq-mühafizə orqanları məlumat verir.Rumıniya polisi Konstansa limanında 160 qutu saxta əskinas aşkar edib. Hüquq-mühafizə orqanları saxta pulları Avropa Polis Agentliyinin (Avropol) koordinasiyası ilə həyata keçirilən “Decoy III” əməliyyatı çərçivəsində aşkar ediblər. Məlumata görə, əməliyyat Çin və Türkiyə kimi ölkələrdən Aİ-yə daxil olan saxta əskinasların dəniz yolu ilə daşınmasını müəyyən etmək olub.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.