EN

Tramp Maçadonu Nobel Sülh Mükafatına layiq görülməsi münasibətilə təbrik etdi

BAKI, 11 oktyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu Nobel Sülh Mükafatı ilə təltif olunması münasibətilə təbrik edib.

Tekeqraf xıbır verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Tramp və Maçado arasında baş tutan ilk telefon danışığı səmərəli və müsbət atmosferdə keçib.

Maçado sosial şəbəkə paylaşımında mükafatını ABŞ prezidentinə və Venesuela xalqına həsr etdiyini bildirib. O, Trampın “qətiyyətli dəstəyini” yüksək qiymətləndirib. Öz növbəsində, Tramp da Maçadonun bəyanatını öz hesabında paylaşaraq onu təbrik edib.

Xatırladaq ki, Nobel Komitəsi 10 oktyabrda Venesuela müxalifət lideri Mariya Korina Maçadonun Sülh Mükafatına layiq görüldüyünü elan edib.

Chosen
44
teleqraf.com

1Sources