EN

Azərbaycan Fransız Universitetində “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib. Mühazirəçi Türker Bıyıkoğlu “Qraf entropiyası, dərəcə assortativliyi və şəbəkələrdə iyerarxik strukturlar” mövzusunda çıxış edərək mürəkkəb şəbəkələrin müxtəlif deskriptorları arasındakı əlaqələr və onların şəbəkələrin funksiyası ilə bağlılığı barədə geniş məlumat verib.

AZƏRTAC xəbər verir ki, mühazirədə entropiya nizamsızlıq və mürəkkəbliyi kəmiyyətcə ifadə edən fundamental anlayış kimi təqdim edilib və qonşuluq matrisinin spektral radiusu ilə sıx əlaqəsi müzakirə olunub. Digər əsas məqam isə Randiç indeksinin tətbiqi olub. Bu indeks ilk dəfə kimya sahəsində istifadə olunub və qraf entropiyasına aşağı sərhəd verir.

Seminarın sonunda kompüter elmlərində iyerarxik strukturların əsas nümunəsi kimi dərəcələrin azalan qaydada genişlik üzrə axtarış sıralaması təqdim olunub. Bu, sözügedən anlayışların maksimallaşdırılmasını xarakterizə edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
1
azertag.az

2Sources