EN

Adriyen Rabyo: Azərbaycanın zəif yerlərini tapacağımızı bilirdik

BAKI, 11 oktyabr. TELEQRAF

"5 müdafiəçi ilə oynayan komandalara qarşı həmişə çətin olur”.

Teleqraf xəbər verir ki, bunu Fransa yığmasının futbolçusu Adrien Rabyo evdə Azərbaycan millisini 3:0 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələsi oyunundan sonra açıqlamasında deyib.

O, belə matçlarda səbirli olmağın vacibliyini qeyd edib: “Qələbə qazanmaq bizim üçün vacib idi. Azərbaycanın zəif yerlərini tapacağımızı bilirdik. Oyun bitdi, üç xal bizimdir. Qələbəyə görə çox şadam. Növbəti oyunda İslandiyanı məğlub edərək mundiala vəsiqəni təmin edə bilərik”.

Qeyd edək ki, Adriyen Rabyo ötən gün keçirilən oyunun 69-cu dəqiqəsində adınə tabloya yazdırıb.

Chosen
16
teleqraf.com

1Sources