EN

Azərbaycanda yeni məktəblər tikiləcək

Bakı. Trend:

Azərbaycanda yeni məktəb binalarının tikintisi ilə bağlı müvafiqişlərə başlanılır.

Trend-inməlumatına görə, respublika üzrə 2 məktəbəqədər, 17 tam orta məktəbbinası tikiləcək, eləcə də 2 ədəd modul tipli tam orta məktəbbinası quraşdırılacaq.

Belə ki, Sumqayıt şəhər Nizami Gəncəvi adına 1152 şagird yerliktexniki və təbiət elmləri liseyinin layihə-smeta sənədlərihazırlanacaq. Eyni zamanda Sumqayıt şəhər 27 nömrəli 1416 şagirdyerlik, Xaçmaz rayonu, Hacəlibəy kənd 360 şagird yerlik, Qəbələrayonu, Dızaxlı kənd 360 şagird yerlik, Qusar rayonu, Yasab kənd264 şagird yerlik, Ağdam rayonu, Hafiz Əsgərov adına Quzanlı qəsəbə720 şagird yerlik, Masallı rayonu, Xırmandalı kənd X.Məmmədov adına792 şagird yerlik, Xızı rayon N.Allahverdiyev adına Sitalçay kənd180 şagird yerlik, Gəncə şəhər 42 nömrəli 360 şagird yerlik, Qusarrayonu, İmamqulukənd kənd 432 şagird yerlik, Ucar rayonu, Qaracallıkənd 2 nömrəli 432 şagird yerlik, Tovuz rayonu, Hunanlar (Girzan)kənd H.Cəfərov adına 264 şagird yerlik, Sabirabad rayonu,Yolçubəyli kənd 528 şagird yerlik, Bərdə şəhər 1 nömrəli 528 şagirdyerlik, Ağcabədi rayonu, Hacıbədəlli kənd 624 şagird yerlik,Hacıqabul şəhər V.Quliyev adına 6 nömrəli 432 şagird yerlik,Beyləqan rayonu, Ramiz Abbasov adına 4 nömrəli 432 şagird yerliktam orta məktəblərin layihə-smeta sənədlərinin hazırlanması işləriaparılacaq.

Bundan əlavə, Qusar rayonunun Həzrə və Qaratoba kəndlərindəhərəsində bir ədəd olmaqla 90 şagird yerlik modul tipli tam ortaməktəblərin, həmçinin Xızı rayonunun Giləzi və Yeni Yaşma yaşayışməntəqələrində hərəsində bir ədəd olmaqla 40 yerlik körpələrevi-uşaq bağçalarının layihə-smeta sənədləri hazırlanacaq.

Məlumata əsasən, Elm və Təhsil Nazirliyinin TəsərrüfathesablıƏsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı müvafiqhazırlıqlara başlayıb.

Nazirlik sözügedən işlər üzrə layihə-smeta sənədlərininhazırlanmasının 2,8 milyon manata başa gələcəyiniproqnozlaşdırıb.

Chosen
9
13
az.trend.az

10Sources